Modern.az

Qarsda şaxtalı havadan maşınlar buzlayıb - FOTO

Qarsda şaxtalı havadan maşınlar buzlayıb - FOTO

Dünya

12 Oktyabr 2023, 09:54

Türkiyənin Qars vilayətində hava temperaturu kəskin aşağı düşüb.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, Qarsda termometrlər gecə -5, gündüz -4 dərəcəni göstərib.

 

Şaxtadan maşınların şüşələri buzlayıb. Dağlıq relyefi ilə seçilən Qars vilayəti üçün xarakterik olan hava şəraiti sakinlərin həyatını nisbətən çətinləşdirsə də, əhali buna öyrəşib.

 

Soyuq və şaxtalı havanın yaxın günlərdə də davam edəcəyi gözlənilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!