Modern.az

Ermənistanda yük qatarı qəzaya uğradı

Ermənistanda yük qatarı qəzaya uğradı

Dünya

12 Oktyabr 2023, 11:30

Ermənistanda gecə saatlarında yük qatarı relsdən çıxıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Cənubi Qafqaz Dəmir Yolları" QSC məlumat yayıb.

 

36 vaqondan ibarət qatar sement istehsalı üçün xammal aparıb. Hadisə zamanı qatar və dəmir yolu relsləri zədələnib.

 

Təcili bərpa işlərinin iki gün ərzində başa çatdırılması planlaşdırılır.

 

İrəvan yaxınlığındakı Dalarik-Karakert dəmir yolu hissəsi ilə nəqliyyatın hərəkəti dayandırılıb, Gümrü və Tbilisi istiqamətində hərəkət ləğv edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!