Modern.az

3 partiya İstanbul merliyinə vahid namizəd çıxara bilər

3 partiya İstanbul merliyinə vahid namizəd çıxara bilər

Dünya

12 Oktyabr 2023, 14:38

Məlum olduğu kimi, Türkiyədə 31 mart 2024-cü ildə bələdiyyə seçkilərinin keçirilməsi nəzərdə tutulub.

 

Modern.az xəbər verir ki, Türkiyə mətbuatında yayılan məlumatlara görə, keçmiş Millət İttifaqının 3 üzvü olan partiyalar İstanbulda bələdiyyə sədrliyinə vahid namizəd çıxaracaqlar.

 

Bu partiyalar Ahmet Davutoğlunun Gələcək, Temel Karamollaoğlunun Səadət və Ali Babacanın DEVA Partiyalarıdır. Hələlik məlumat heç bir partiya tərəfindən rəsmi şəkildə təsdiqlənməsə də, kulislərdə informasiyanın mötəbərliyini iddia edirlər.

 

Vahid namizədin kim olacağı bəlli deyil.

 

Qeyd edək ki, maydakı son parlament və prezident seçkilərindən sonra Millət İttifaqı fəaliyyətini dayandırıb. Bununla belə, Gələcək və Səadət Partiyaları parlamentdə birgə fraksiya formalaşdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!