Modern.az

Böyük Britaniyadan diplomatlarına tövsiyə - İsraili tərk edin

Böyük Britaniyadan diplomatlarına tövsiyə - İsraili tərk edin

Dünya

12 Oktyabr 2023, 15:48

Böyük Britaniya diplomatlarına İsraili tərk etmək tövsiyə olunub.

Modern.az xəbər verir ki, bu barədə Britaniyanın “Sky nuys” telekanalı məlumat yayıb.

Diplomatlara ailələri ilə birlikdə İsraili tərk etmək məsləhət görülüb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatalara görə, 1 300 nəfər ölüb, 3300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı