İsraildə azı yeddi Ukraya vətəndaşı həlak olub, doqquzu yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oleq Nikolenko bildirib.
XİN-in İsraildə yaradılmış operativ qərargahı daha dörd ukraynalının öldüyünü təsdiqləyib, doqquz nəfər isə itkin düşmüş hesab olunur.
Hazırda 1000-dən çox ukraynalı ləğv edilən uçuşlar səbəbindən İsraili tərk edə bilmir, 200 Ukrayna vətəndaşı isə Qəzza zolağından təxliyə olunmaq istədiyini bildirib.
Ukrayna XİN oktyabrın 14-nə Rumıniyadan ilk təxliyə uçuşunu hazırlayır, həmçinin əlavə təxliyə uçuşlarının təşkili üzərində işləyir.