Qarabağda soyqırımı, orada yaşayan erməni sakinlərin guya zorla köçürülməsi barədə iddiaları yalandır.
Modern.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik mətbuat konfransında deyib.
O bildirib ki, BMT Qarabağa missiya göndərib və həmin missiya bəyanat yayaraq Qarabağda mülki infrastruktura ziyan dəymədiyini aşkara çıxarıb.
Ömer Çelik vurğulayıb ki, Fransanın ittihamlarının heç bir əsası yoxdur.