Gələn həftə NATO İtaliya, Xorvatiya və Aralıq dənizində illik nüvə çəkindirmə təlimi keçirəcək.
Modern.az xəbər verir ki, bu barədə Brüsseldə mətbuat konfransı zamanı NATO-nun baş katibi Yens Stoltenberq məlumat verib.
Stoltenberq deyib ki, təlim “nüvə çəkindiricisinin etibarlılığını, effektivliyini və təhlükəsizliyini təmin etməyə kömək edəcək və bu, NATO-nun bütün müttəfiqlərini qoruyacağına dair açıq siqnaldır”.
"Steadfast Noon" adlı təlimlərdə alyansın həm nüvə, həm də qeyri-nüvə dövlətlərinin hava və dəniz qüvvələri iştirak edəcək, manevrlər zamanı onlar arasında qarşılıqlı fəaliyyət tətbiq olunacaq.