Qəzza zolağını idarə edənləri məhv edəcəyik, orada qalanlar İsrail dövlətinə zərər verməməyin daha yaxşı olduğunu anlayacaqlar.
Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirib.
Halevi HƏMAS-ın məhv edilməsinin çox vaxt aparacağını vurğulayıb.
“Düşmənə ölümcül zərbə vurmaq üçün bizə təmkin və soyuqqanlılıq, birlik və həmrəylik lazımdır. Hamımız buna can atırıq. Biz HƏMAS-ı kökündən məhv edəcəyik və İsrailin cənubundakı sakinləri dinc və sakit həyatla təmin edəcəyik”, - deyə o bildirib.