Fransada Fələstin tərəfdarlarına nümayiş keçirmək qadağan edilib.
Modern.az xəbər verir ki, müvafiq qərar Fransanın daxili işlər naziri Gerald Darman tərəfindən qəbul edilib.
Nazir oktyabrın 12-də prefekturalara Fələstin tərəfdarı nümayişlərin “ictimai asayişin pozulmasına səbəb ola biləcəyi üçün” qadağan edilməsi barədə əmr göndərib.
Məlumata görə, Parisdə Fələstin tərəfdarlarının Respublika meydanında planlaşdırdıqları iki nümayiş artıq qadağan edilib. Nazir həmçinin “yəhudi inanclı fransızların ziyarət etdiyi” yerlərin təhlükəsizliyinin gücləndirilməsini tələb edib.