ABŞ müdafiə naziri Lloyd Ostin cümə günü İsrailə səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Pentaqon rəhbəri İsrailin baş naziri Benyamin Netanyahu və digər rəsmilərlə görüşməyi planlaşdırır.
Qeyd edək ki, bu gün ABŞ dövlət katibi Entoni Blinken İsraildə səfərdə olub.