Modern.az

Baş nazir Ukraynaya getdi - "Patriot" vəd etdi

Baş nazir Ukraynaya getdi -

Dünya

13 Oktyabr 2023, 21:20

Bu gün Niderland Baş naziri Mark Rutte Ukraynaya səfər edib.

 

Modern.az xəbər verir ki, o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

 

Rutte Ukrayna ordusuna Patriot zenit sistemləri üçün əlavə raketlər veriləcəyini bildirib.

 

“Bu qış Rusiya Ukraynaya mümkün qədər çox zərər vurmağa çalışacaq. Buna görə də Niderland Ukraynanı Rusiyanın vəhşi hücumlarından müdafiə edə bilməsi üçün əlavə "Patriot" raketləri ilə təmin edəcək”, - Rutte yazıb.

 

Niderlandın baş naziri cümə günü Odessaya baş çəkib.

Sizə yeni x var
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!