Modern.az

NATO İsveçrədə ofis açır

NATO İsveçrədə ofis açır

Dünya

14 Oktyabr 2023, 09:55

Şimali Atlantika İttifaqı İsveçrədə ofis açmağı planlaşdırır.

 

Modern.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

 

Məlumata görə, layihə artıq Bern tərəfindən təsdiqlənib.

 

Qeyd olunub ki, 2022-ci ilin sentyabrında İsveçrə hökumətinin ilkin razılığından sonra ölkənin Xarici İşlər Nazirliyi NATO ofisinin hazırlığına başlayıb. Nyu-York və Vyanda bənzər nümayəndəlikləri olan İttifaq indi Bernə rəsmi sorğu göndərməlidir.

 

Qeyd edək ki, İsveçrə neytral statusa malik olan ölkədir. Cenevrə İnstitutunun professoru, beynəlxalq münasibətlər və NATO üzrə mütəxəssis Devid Silvan İsveçrədə NATO ofisinin olmasının Cenevrənin neytral imicinə xələl gətirməyəcəyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!