Modern.az

Qəzzada 300-ə yaxın Türkiyə vətəndaşı qalıb 

Qəzzada 300-ə yaxın Türkiyə vətəndaşı qalıb 

Dünya

14 Oktyabr 2023, 20:41

Qəzza zolağında ikili vətəndaşlığı olan 300-ə yaxın Türkiyə vətəndaşı var.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Qahirədə keçirilən mətbuat konfransında məlumat verib.

 

"Biz təxliyə ilə bağlı Misir hakimiyyəti və İsrail hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edirik. İkili vətəndaşlığı olan 300-ə yaxın Türkiyə vətəndaşımız var. Onlardan 30-u təxliyə edilib. Onların siyahısı müvafiq orqanlara verilib. Lazımi işlər həyata keçirilir", - deyə o bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!