Modern.az

Blinken həmkarı ilə İsraili müzakirə etdi 

Blinken həmkarı ilə İsraili müzakirə etdi 

Dünya

14 Oktyabr 2023, 21:44

ABŞ dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Farhan Əl-Səudlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Blinken "X" hesabında məlumat yayıb.

 

Görüşdə HAMAS-ın İsrailə qarşı hücumları müzakirə olunub və münaqişənin regionda yayılmasının qarşısını almağın vacibliyi vurğulanıb.

 

"Biz həmçinin Yəmən və Sudandakı münaqişələrə son qoymaq üçün işi davam etdirmək qərarına gəldik", - Blinken bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!