Modern.az

Polşada parlament seçkiləri: hakim partiya öndədir, lakin...

Polşada parlament seçkiləri: hakim partiya öndədir, lakin...

Dünya

16 Oktyabr 2023, 00:52

Bazar günü Polşada keçirilən parlament seçkilərinin ilkin nəticələri məlum olub.

 

Modern.az Polşanın "Wyborcza" nəşrinə istinadən xəbər verir ki, Yaroslav Kaçinskinin rəhbərlik etdiyi ölkənin hakim "Hüquq və Ədalət" partiyası parlament seçkilərində 36,8% səslə liderdir.

 

Buna baxmayaraq, partiya əvvəlki seçkilərlə müqayisədə ciddi səs itirib. Müxalif “Vətəndaş Koalisiyası” partiyası 31,6%, "Üçüncü yol" partiyası 13%, "Yeni Sol" partiyası 8,6%, "Konfederasiya" partiyası 6,2% səs toplayıb.

 

Seçkilərdə 72,9 faiz seçici iştirak edib. Hələlik heç bir partiya təkbaşına hökumət qura biləcək səs toplamayıb.

Sizə yeni x var
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!