Modern.az

İsrail Livanla həmsərhəd 28 yaşayış məntəqəsini köçürür

İsrail Livanla həmsərhəd 28 yaşayış məntəqəsini köçürür

Dünya

16 Oktyabr 2023, 11:56

İsrail Livan sərhədinə yaxın 28 yaşayış məntəqəsinin sakinlərini təxliyə edir.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələri (IDF) açıqlayıb.

 

Bildirilib ki, Livanla sərhədin 2 kilometrliyində yerləşən ərazilərin sakinləri dövlət hesabına qonaq evlərinə köçürüləcək.

 

İsrail ordusunun verdiyi məlumata görə, bazar günü Hizbullahın Livan-İsrail sərhədi yaxınlığındakı kəndi raket atəşinə tutması nəticəsində 1 mülki vətəndaş həlak olub. Bundan əvvəl hərbçilər Livanın cənubundakı Hizbullah hədəflərinə zərbələr endiriblər. İtkilər barədə məlumat verilmir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!