Litva və Polşa prezidentləri Qitanas Nauseda və Anjey Duda arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Nauseda X-də paylaşım edib.
Bildirilib ki, Polşada keçirilən parlament seçkilərinin ilkin nəticələri müzakirə olunub. Yüksək seçici aktivliyi münasibətilə Litva prezidenti Polşa xalqını təbrik edib.
Söhbət zamanı ikitərəfli təhlükəsizlik, müdafiə iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, Polşada keçirilən seçkilərin ilkin nəticələrinə görə, Dudanın partiyası 37 faiz səslə birinci yerdədir.
Spoke on the phone with my friend ?? President @AndrzejDuda. Discussed the initial results of the Polish parliamentary election. Congratulated Poland on the impressively high voters' turnout!
— Gitanas Nausėda (@GitanasNauseda) October 16, 2023
Agreed to further intensify ??-?? bilateral security, defense& economic cooperation. pic.twitter.com/sqCS9TJGV5