Modern.az

Zelenski Ukrayna xalqına TƏŞƏKKÜR ETDİ

Zelenski Ukrayna xalqına TƏŞƏKKÜR ETDİ

Dünya

16 Oktyabr 2023, 14:38

Ukrayna Prezidenti Volodimir Zelenski genişmiqyaslı müharibənin 600-cü günündə Ukrayna vətəndaşlarına müraciət edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.

 

Prezident ölkənin azadlığı uğrunda mübarizə aparan, çalışan hər kəsə təşəkkür edib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!