Modern.az

İsrail deputatları 40 dəqiqə sığınacaqda gizləndilər

İsrail deputatları 40 dəqiqə sığınacaqda gizləndilər

Dünya

16 Oktyabr 2023, 20:23

Knessetin (İsrail parlamenti) qış sessiyasının açılışı atəş təhlükəsi səbəbindən yarımçıq qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin “The Times of Israel” qəzeti yazıb.

 

Bildirilir ki, Parlamentarilər bomba sığınacağında 40 dəqiqə vaxt keçiriblər, daha sonra görüş davam etdirilib. Bundan əvvəl HƏMAS Tel-Əviv və Qüdsə raket zərbələri endirdiyini bildirmişdi.

 

İsrailin baş naziri Benyamin Netanyahu Qüdsdə qış sessiyasının açılışında çıxış edib. O, HƏMAS-ı “nasizmin yeni forması” adlandırıb və ona qarşı mübarizəyə çağırıb. “Dünya nasistləri məğlub etmək üçün birləşdiyi kimi, HƏMAS-ı məğlub etmək üçün birləşməlidir”, - israilli siyasətçi bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!