Modern.az

Putin Azərbaycan sərhədinədək olan yolun açılışında iştirak etdi

Putin Azərbaycan sərhədinədək olan yolun açılışında iştirak etdi

Dünya

16 Oktyabr 2023, 21:42

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 16-da Azərbaycan sərhədinədək uzanan yolun açılışında iştirak edib.

 

Modern.az xəbər verir ki, videogörüntü vasitəsilə mərasimə qoşulan V.Putin ölkənin 5 regionunda yolların, o cümlədən Dağıstandan keçən və Azərbaycan sərhədinə kimi gələn “Qafqaz” yolunun açılışını edib.

 

Rusiya Prezidenti bu yolun “Şimal-Cənub” dəhlizinin inkişafında mühüm rol oynadığını və Azərbaycan Prezidenti İlham Əliyev ilə dəhlizin tikintisi məsələlərini müzakirə etdiyini bildirib.

 

V.Putin vurğulayıb ki, tərəfdaşlar da “Şimal-Cənub” dəhlizinin reallaşması üçün böyük işlər görürlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!