Modern.az

Baydenin İsrailə səfər tarixi AÇIQLANDI

Baydenin İsrailə səfər tarixi AÇIQLANDI

Dünya

17 Oktyabr 2023, 07:46

ABŞ Prezidenti Co Bayden oktyabrın 18-də İsrailə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken “X” sosial şəbəkəsində yazıb.

 

O bildirib ki, ABŞ Prezidentinin İsrailə səfəri region və dünya üçün kritik ana təsadüf edir.

 

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!