Modern.az

İsrail ABŞ-dan 10 milyard dollar istəyir 

İsrail ABŞ-dan 10 milyard dollar istəyir 

Dünya

17 Oktyabr 2023, 08:08

İsrail ABŞ-dan təcili yardım üçün 10 milyard dollar istəyib .

 

Modern.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.

 

Qəzetin məlumatına görə, Konqres və Ağ Ev İsrailə yardımın Ukrayna, Tayvana yardım, eləcə də ABŞ-Meksika sərhədini möhkəmləndirmək üçün ayrılan vəsaitlə əlaqələndiriləcəyi paket hazırlayır.

 

ABŞ Senatının çoxluq lideri Çak Şumer bildirib ki, İsrailə 155 mm-lik döyüş sursatı, "Dəmir Günbəz" raketdən müdafiə sistemi üçün sursat, eləcə də dəqiq bombaların göndərilməsi müzakirə edilir.

 

İsrailə yardım ABŞ prezidenti Co Baydenin sabah, oktyabrın 18-nə planlaşdırılan səfəri zamanı müzakirə olunacaq. Amerika lideri HƏMAS-ın məhv edilməsinin tərəfdarıdır, lakin İsrailin Qəzza zolağını ələ keçirməsinə qarşıdır. ABŞ deyir ki, müharibədə döyüşmək üçün qoşun göndərmək planları yoxdur, lakin iki avidaşıyıcı döyüş qrupu mühafizə üçün bölgəyə göndərilib. KİV-in məlumatına görə , 2 min Amerika dəniz piyadası İsrail sahillərinə göndərilə bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!