Qırğızıstan əcnəbilərin qısa müddətə xaricə səyahət edərək ölkədə vizasız qalma müddətini bərpa etmək imkanını ləğv edib.
Modern.az "Sputnik Kyrgyzstan"a istinadən xəbər verir ki, məsələn, Türkiyə vətəndaşlarının Qırğızıstanda 90 gün vizasız qalmaq hüququ var. Əvvəllər, bu müddətin 89-cu günündə onlar qısa müddətə qonşu Qazaxıstana gedə və dərhal 90 gün müddətinə geri qayıda bilərdilər.
İndi bu ehtimal aradan qaldırılıb. Əgər əcnəbi Qırğızıstanda 60 gün vizasız olubsa, növbəti dəfə respublikaya yalnız 60 gündən sonra, 90 gün qalıbsa, müvafiq olaraq 90 gündən sonra daxil ola bilər.