Rusiya prezidenti Vladimir Putin Pakistanın baş naziri Şahbaz Şərif ilə görüşəcək.
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov açıqlayıb.
Peskov əmindir ki, Putin və Çin lideri Si Tsinpin Fələstin-İsrail münaqişəsini müzakirə edəcəklər.
Qeyd edək ki, Rusiya prezidenti Çində səfərdədir.