Modern.az

İrəvan Konservatoriyasında korrupsiya qalmaqalı

İrəvan Konservatoriyasında korrupsiya qalmaqalı

Dünya

17 Oktyabr 2023, 11:48

İrəvan Konservatoriyasının Gümrü filialının rəhbəri maliyyə vəsaitlərini mənimsəməkdə ittiham olunur.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" Ermənistan İstintaq Komitəsinə istinadən məlumat yayıb.

 

Məlumata görə, 69 yaşlı qadın mədəni tədbirlərin təşkili üçün nəzərdə tutulan 850 min dolları da mənimsəyib.

 

Bundan başqa, filial rəhbəri, o cümlədən MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun 56 min dollarını da mənimsəməkdə günahlandırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!