Modern.az

Rusiyameylli eks-kanslerin şam yeməyində skandal - Polislər gəldi

Rusiyameylli eks-kanslerin şam yeməyində skandal - Polislər gəldi

Dünya

17 Oktyabr 2023, 12:40

Almaniyanın sabiq kansleri, Rusiyanın "Rosneft" şirkətinin rəhbərliyində təmsil olunmuş Gerhard Şröderin şam yeməyi polisin gəlişi ilə başa çatıb.

 

Modern.az "Bild"ə istinadən xəbər verir ki, şənbə günü 79 yaşlı eks-kansler Hamburqdakı beşulduzlu "Fontenay" hotelinin restoranında qəbul təşkil edib.

 

Rusiyaya yaxın olduğu üçün siyasətçi ilə az adam ünsiyyət qurduğundan görüşə onun ən yaxın adamlarından yalnız bir neçəsi gəlib. Nəşr yazıb ki, onlar "ləzzətli yeməklər yedilər, içdilər".

 

Dostlar əvvəlcədən razılaşıblar ki, yeməyin pulunu Şröder, içkinin pulunu isə hər kəs özü ödəyəcək. Lakin 41 yaşlı iranlı iş adamı Məzid Y. F. 6117 avroya içki sifariş edib və ödəməkdən imtina edib. Restoran işçiləri polisə müraciət ediblər.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələndə iranlı iş adamı artıq sükan arxasında olub. Ona qarşı dələduzluq haqqında protokol tərtib ediblər. Hotelin açıqlamasında deyilir ki, bu, onun hesabını ödəmədiyi ilk hal deyil.

 

Xatırladaq ki, Şroder 1998-2005-ci illərdə Almaniyanın kansleri olub. Rusiyameylli siyasətçi 2017-2022-ci illərdə bu ölkənin "Rosneft" şirkətinin Direktorlar Şurasına sədrlik edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!