Modern.az

Bu şəhərdə hər mülki şəxsə 7 Rusiya hərbçisi düşür - Mer açıqladı

Bu şəhərdə hər mülki şəxsə 7 Rusiya hərbçisi düşür - Mer açıqladı

Dünya

17 Oktyabr 2023, 12:53

"Rusiya işğalçıları Tokmak şəhərinə yeni "top yemi" gətirirlər".

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Ukraynanın Melitopol şəhərinin meri İvan Fedorov deyib.

 

Onun sözlərinə görə, şəhərdə hər mülki şəxsə 7 Rusiya hərbçisi düşür: "Eyni zamanda, ruslar qorxur və ailələrini, məktəblərini və "hakimiyyətin bir hissəsini" Melitopol şəhərinə təxliyə edirlər".

 

Mer əlavə edib ki, işğal administrasiyası ilə əməkdaşlıq edənlərin Tokmakdan çıxmasına icazə verilmir.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!