Fransanın Strasburq şəhərinə işgüzar səfəri çərçivəsində Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Avropa Parlamentinin sədri Roberta Metsola arasında görüş başlayıb.
Modern.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Ermənistan tərəfdən görüşdə Ermənistan parlamentinin vitse-spikerləri Akop Arşakyan, Ruben Rubinyan, qanunverici orqanın Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan, Avropaya inteqrasiya daimi komissiyasının rəhbəri Arman Yeqoyan və başqaları da iştirak edirlər.
İclasda Avropa Parlamentinin baş katibi Alessandro Çiokçetti, Avropa Parlamenti baş katibinin müavini Markus Vinkler, Avropa Parlamenti baş katibinin müavini Anders Rasmussen və digərləri də yer alıb.
İclasın gündəliyinə regionda baş verən proseslər, Qarabağdan Ermənistana köçənlərin vəziyyəti və s. daxil edilib.