Rusiya prezidenti Vladimir Putin Macarıstanın baş naziri Viktor Orbanla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilib ki, görüş əvvəlcədən planlaşdırılmadan baş tutub. Rusiya və Macarıstan nümayəndə heyətləri də bir-birini salamlayaraq söhbətləşiblər.
Qeyd edək ki, Pekində səfərdə olan Putinin qrafikinə Çin sədri Si Tsinpinlə yanaşı, Pakistan, Vyetnam, Monqolustan və başqa ölkələrin rəhbərləri ilə təmasları daxil olub.