Modern.az

Qarabağ və Naxçıvana da gedəcəm - Ersin Tatar

Qarabağ və Naxçıvana da gedəcəm - Ersin Tatar

Dünya

17 Oktyabr 2023, 14:08

Gələcək səfərlərimdə Qarabağ və Naxçıvana da gedəcəm.

 

Modern.az xəbər verir ki, bunu "Anadolu" agenltiyinə açıqlamasında Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar söyləyib.

 

"Yaxşı gündə də, pis gündə də bir yerdə olmalıyıq. Bunu cənab İlham Əliyev də təsdiqlədi. Türk birliyinin gücləndirilməsi hər birimizə fayda verəcək. Gələcək nəsillərimiz bundan faydalanacaq. Çünki siz artıq dünyada tək qala bilməzsiniz. Şimali Kipr Türk Respublikası heç vaxt tək ola bilməz. Şərqi Aralıq dənizindəki bu türk dövlətinin həm milli, mənəvi, həm də strateji dəyəri var. Bakıdan Ceyhana qədər coğrafiyanı tamamladığınızda Türkiyənin ən qərbində, cənubunda Şimali Kipr Türk Respublikası kimi böyük bir birlik var. "Tək millət, üç dövlət" anlayışı bizim üçün mənalı və dəyərlidir", - deyə o bildirib.

 

Ersin Tatar vurğulayıb ki, Şərqi Aralıq dənizində təbii qaz tapılacaq.

 

"Türkiyə enerji resurslarının Qərbə ötürülməsində mühüm körpü rolunu oynayır. Türkmənistan, Qazaxıstan və Azərbaycandan təbii qazın bazarlara daşınması və təbii qazın tapılacağı təqdirdə Şərqi Aralıq dənizi, bütün olaraq Kipr üzərindən köçürüləcək. Ona baxdığımızda bütün bu coğrafiyanın əhəmiyyətini görürük. Şimali Kipr Türk Cümhuriyyəti bütün bu bərabərliklərdə öz məsuliyyətini və rolunu öz üzərinə götürəcək vəziyyətdədir", - Prezident əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!