Modern.az

Putin Çin lideri ilə danışıqlara başladı

Putin Çin lideri ilə danışıqlara başladı

Dünya

18 Oktyabr 2023, 08:30

Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında danışıqlar başlayıb.

 

Modern.az xəbər verir ki, “Bir kəmər, bir yol” beynəlxalq forumu çərçivəsində baş tutan görüş Pekində keçirlir.

 

Putin bildirib ki, Moskva və Pekin arasında ticarət həcmi 200 milyard dollara çatıb.

 

 

Kreml bildirib ki, iki ölkə liderləri nümayəndə heyətlərinin iştirakı ilə danışıqlardan əlavə, təkbətək ünsiyyət qurmağı planlaşdırırlar. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Rusiya və Çin liderləri ikitərəfli münasibətləri “bütövlükdə” müzakirə edəcəklər. Heç bir yekun sənədin imzalanması planlaşdırılmır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır