ABŞ prezidenti Co Bayden İsrailə səfəri zamanı baş nazir Benyamin Netanyahuya müharibə ilə bağlı “bir sıra çətin suallar” verəcək.
Modern.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Kirbinin sözlərinə görə, Bayden “İsrailin dostu” və İsrail xalqı ilə tam həmrəy olduğunu bildirən siyasi lider kimi suallar vermək niyyətindədir. O, detalları açıqlamayıb.
Qeyd edək ki, Bayden İsrailə yola düşüb. O, İsrail liderləri ilə görüşəcək.