Modern.az

İsrail xəstəxananın vurulması ilə bağlı peyk görüntüləri YAYDI

İsrail xəstəxananın vurulması ilə bağlı peyk görüntüləri YAYDI

Dünya

18 Oktyabr 2023, 10:36

İsrail Qəzza zolağında xəstəxananın Müdafiə Qüvvələri tərəfindən vurulması barədə xəbərləri təkzib edib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

 

Məlumatda müvafiq peyk görüntüləri yerləşdirilib. İsrail ordusu qeyd edib ki, aviasiya bombası və ya raketlə havadan zərbə endirilən zaman sursatın düşdüyü ərazidə 7-19 metr diametrdə krater əmələ gəlir.

 

Videoda xəstəxananın vurulmasından əvvəl və sonrakı görüntülər öz əksini tapıb, ərazidə aviazərbə nəticəsində kraterin yaranmadığı görünür.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı