Modern.az

İsrail HƏMAS-ın iki komandirini zərərsizləşdirdi

İsrail HƏMAS-ın iki komandirini zərərsizləşdirdi

Dünya

18 Oktyabr 2023, 11:08

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağındakı hədəflərə endirdiyi zərbələr nəticəsində HƏMAS hərəkatının hərbi qanadının iki komandiri öldürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, zərbələr zamanı Qəzza şəhərinin tank əleyhinə briqadasının komandiri Məhəmməd Avdallah və dəniz qüvvələrinin komandiri Əkrəm Hicazi zərərsizləşdirilib.

 

İsrail ordusunun açıqlamasında deyilir ki, qırıcı təyyarələr son 24 saat ərzində komandanlıq mərkəzlərinə, terrorçuların bir neçə mövqeyinə, raket buraxılış qurğularına və hərbi infrastruktura zərbələr endirib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!