ABŞ prezidenti Co Bayden İsrailə eniş edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onu Ben Qurion hava limanında baş nazir Benyamin Netanyahu və prezident İsaak Hersoq qarşılayıb.
İsraillə HƏMAS arasında müharibə başlayandan bəri hava limanı bir neçə dəfə atəşə tutulduğundan səfərlə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. Hava limanının ətrafındakı bütün yollar bağlanıb.
Rəsmilər Baydenin İsrailə təxminən beş saatlıq səfərinin qrafiki haqqında geniş məlumat verməyiblər.

