Modern.az

Parlament prezidentin impiçmenti məsələsinin müzakirəsinə başladı

Parlament prezidentin impiçmenti məsələsinin müzakirəsinə başladı

Dünya

18 Oktyabr 2023, 13:08

Gürcüstan parlamentinin plenar iclasında prezidentin impiçment yolu ilə vəzifəsindən kənarlaşdırılması məsələsinin müzakirəsinə başlanılıb.

 

Modern.az xəbər verir ki, müzakirələrdə Prezident Salome Zurabişvili də iştirak edir. Plenar iclasda suallar veriləcək və siyasi bəyanatlar səsləndiriləcək.

 

Salome Zurabişvili parlamentin iclas zalına daxil olan zaman müxalifətdən yalnız bir neçə deputat ayağa qalxıb.

 

Parlament çoxluğunun lideri İrakli Kobaxidze prezidentin impiçmenti məsələsi ilə bağlı danışıb. Bu gün müzakirələrdən sonra məsələ səsverməyə çıxarılacaq. Prezidentin impiçmenti üçün 100 səs lazımdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!