Modern.az

Xəstəxanaya hücumu İsrail etməyib - Baydendən DƏSTƏK

Xəstəxanaya hücumu İsrail etməyib - Baydendən DƏSTƏK

Dünya

18 Oktyabr 2023, 13:16

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə Qəzza zolağında yerləşən Əl-Əhli xəstəxanasına hücum barədə danışıb.

 

Modern.az xəbər verir ki, o, hücumun İsrail ordusu tərəfindən həyata keçirilmədiyi versiyasını dəstəkləyib.

 

“Gördüklərimə əsasən, belə görünür ki, bunu (Qəzza zolağındakı xəstəxananın atəşə tutulmasını – red.) siz yox, qarşı tərəf həyata keçirib”, - Bayden İsrailin baş nazirinə deyib. ABŞ prezidenti əlavə edib ki, xəstəxanada partlayışın nədən qaynaqlandığını çox adam bilmir.

 

O, ABŞ-ın bu ölkəyə dəstəyini dünyaya göstərmək üçün İsrailə gəldiyini deyib.

 

Fələstin hücuma görə İsraili günahlandırır. İsrail isə ittihamları rədd edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!