Modern.az

Berlində gərginlik: Yəhudi mərkəzinə "Molotov" atıldı

Berlində gərginlik: Yəhudi mərkəzinə

Dünya

18 Oktyabr 2023, 13:30

Qəzza zolağında xəstəxanaya hücumdan sonra Berlində iğtişaşlar başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Bild" qəzeti yazıb.

 

Oktyabrın 18-nə keçən gecə Brandenburq qapısına 300-ə yaxın adam toplaşıb. Bild yazır ki, “anti-İsrail piketi” tez bir zamanda “aqressiv nümayişə” çevrilib. Polis Brandenburq qapısı yaxınlığında yerləşən Holokost memorialını mühasirəyə alıb. Etirazçılar polisə daş və pirotexniki vasitələr atıb, təhlükəsizlik qüvvələri isə su şırnaqlarından istifadə edib.

 

Bildirilir ki, oktyabrın 18-nə keçən gecə naməlum şəxslər yəhudi mərkəzini yandırmağa cəhd ediblər. Mərkəzə iki "Molotov kokteyli" atılıb, xəsarət alan olmayıb.

 

Hücum edilən binada sinaqoq və Talmud Tövrat məktəbi də daxil olmaqla bir neçə yəhudi institutunun yerləşdiyi bildirilir. Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!