Modern.az

Çin və Rusiya 7 illik sənəd imzalayacaq

Çin və Rusiya 7 illik sənəd imzalayacaq

Dünya

18 Oktyabr 2023, 13:52

Çin və Rusiya arasında qarşılıqlı fəaliyyət planı imzalanacaq.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin açıqlayıb.

 

Onun sözlərinə görə, sənədə Qırğızıstanın paytaxtı Bişkek şəhərində iki ölkənin baş nazirləri tərəfindən imza atılacaq. Qarşılıqlı fəaliyyət planı 2030-cu ilə qədər olan dövrü əhatə etməlidir.

 

"Bu, konkret və əhəmiyyətli sənəddir", - Putin deyib.

 

Rusiya prezidenti onu da əlavə edib ki, Çin sədri Si Tsinpinlə dünən keçirdiyi görüş 3 saat davam edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!