Modern.az

Zelenskinin xanımı yüksək vəzifəyə hazırlanır

Zelenskinin xanımı yüksək vəzifəyə hazırlanır

Dünya

18 Oktyabr 2023, 15:26

Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya hakim “Xalqın xidmətçisi” partiyasına rəhbərlik edəcək.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Ali Radasının deputatı Aleksandr Dubinski bildirib.

“Mən təəccüblənirəm ki, niyə Yelena Zelenskayanı “Xalqın xidmətçisi” partiyasının rəhbəri edib seçkilərə göndərmək istəyirlər? Zelenskiyə partiyanın başında ən sadiq adam lazımdır”, - deyə Dubinski Telegram kanalında bildirib. O qeyd edib ki, Yelena vəfasızdır və Zelenskiyə tabe deyil.

Deputatın sözlərinə görə, Ukraynanın baş naziri Denis Şmıqal “Xalqın xidmətçisi” partiyasının rəhbəri ola bilər, lakin o, Amerika hakimiyyətinin qərarı ilə istefaya göndəriləcək. Onun yerini ya ABŞ-dakı səfir Oksana Markarova, ya da Aleksandr Kurbakov tuta bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!