Modern.az

Misir Fələstin qaçqınlarını qəbul etməkdən imtina edib

Misir Fələstin qaçqınlarını qəbul etməkdən imtina edib

Dünya

18 Oktyabr 2023, 16:24

Misir Qəzzadan olan fələstinli qaçqınları qəbul etməkdən imtina edib.

 

Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, Misir prezidenti Əbdəlfəttah əl-Sisi onları İsrail səhrasında yerləşdirməyi təklif edib.

 

O, Almaniya kansleri Olaf Şoltsla keçirdiyi mətbuat konfransında  deyib ki, Qəzzadan Misirə insanların göndərilməsi ideyasını reallaşdırmaq mümkün deyil. Sisinin sözlərinə görə, bu halda Sinay yarımadasının “İsrailə qarşı terror hücumları üçün yeni bazaya” çevrilməsi riski var. Daha sonra o, qaçqınların yerləşdirilməsi üçün İsrailin Negev səhrasından istifadə etməyi təklif edib.

 

Kansler Almaniyanın Misirin İsraillə HƏMAS terror təşkilatı arasında münaqişəni azaltmaq səylərini dəstəkləyəcəyini bildirib. O, Qəzza zolağının sakinlərinə təcili humanitar yardımın göstərilməsinin vacibliyini də bəyan edib.

 

“Fələstinlilər HƏMAS deyil və onların fələstinlilər adından danışmağa haqqı yoxdur”, - kansler vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!