Gürcüstan parlamenti prezident Solome Zurabişvilini impiçment edə bilməyib.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, tələb olunan 100 deputat əvəzinə qərarı 86 deputat dəstəkləyib.
Parlament müxalifətinin nümayəndələri səsvermə prosesində iştirak etməyiblər.
Hakimiyyətdə olan partiya dövlət başçısını etika qaydalarını pozmaqda və bu cür bəyanatlar verməkdə ittiham edib. Ölkənin Konstitusiya Məhkəməsi prezidentin xarici səfərlərlə əlaqədar qanun pozuntusuna yol verdiyinə dair şərh versə də, Zurabişvili və fəal kəsimin bir hissəsi bu qərarın siyasi xarakter daşıdığını düşündüklərini açıqlayıblar.