Modern.az

Tokayev Uyğur Muxtar Rayonuna səfər etdi

Tokayev Uyğur Muxtar Rayonuna səfər etdi

Dünya

18 Oktyabr 2023, 16:44

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Çinə səfəri çərçivəsində Sincan-Uyğur Muxtar Rayonuna gedib.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan PA - "Aqorda" məlumat yayıb.

 

Bildirilib ki, dövlət başçısı Muxtar Rayonunun Urumçi şəhərinə gəlib. Onun Çin Kommunist Partiyasının Sincan-Uyğur Muxtar Rayonu üzrə katibi Ma Sinqrui ilə görüş keçirməsi planlaşdırılır.

 

Məlumata görə, görüş zamanı regional əməkdaşlığın cari məsələləri müzakirə olunacaq.

 

Xatırladaq ki, Çinin Qazaxıstanla həmsərhəd Sincan-Uyğur Muxtar Rayonunda türk-müsəlman uyğur etnik qrupu yaşayır.

Whatsapp
Bizə yazın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!