Modern.az

Bala Koçaryanın həbsi daha 2 ay uzadıldı - YENİLƏNİB

Bala Koçaryanın həbsi daha 2 ay uzadıldı - YENİLƏNİB

Dünya

19 Oktyabr 2023, 10:28

Məhkəmə Ermənistanın eks-prezidenti Robert Koçaryanın oğlu Levonun həbs müddətini 2 ay uzadıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu onun vəkili Aleksandr Koçubayev deyib.

 

Oğul Koçaryan 4 polisi döyməkdə ittiham olunur. Özü isə hər şeyi inkar edir.

 

***

18.10.2023 / 16:58

 

"Məhkəmənin hərəkətləri qanunsuzdur".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu Levonun vəkili Erik Aleksanyan jurnalistlərə müvəkkilinə qarşı məhkəmə prosesi haqqında danışarkən söyləyib.

 

O bildirib ki, hakim bu gün müdafiəçilərin bütün vəsatətlərini rədd edib: "O, imtinaya və açıq iclas keçirməyə razı olmayıb. Məhkəmə və istintaq zamanı baş verənlərin hüquq və ədalətlə heç bir əlaqəsi yoxdur".

 

Qeyd edək ki, oğul Koçaryan sentyabrda müxalifətin Ermənistan hakimiyyətinə qarşı itaətsizlik aksiyalarından birində saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!