Modern.az

Rişi Sunak bu gün İsrailə gedir

Rişi Sunak bu gün İsrailə gedir

Dünya

19 Oktyabr 2023, 00:59

Böyük Britaniyanın baş naziri Rişi Sunak bu gün İsrailə səfər edəcək.

 

Modern.az xəbər verir ki, Sunakın israilli həmkarı Benyamin Netanyahu və ölkə prezidenti İsaak Hersoqla görüşü planlaşdırılır.

 

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

 

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!