Modern.az

ABŞ İsraillə bağlı qətnaməyə veto qoydu

ABŞ İsraillə bağlı qətnaməyə veto qoydu

Dünya

18 Oktyabr 2023, 21:18

Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında Braziliyanın İsraillə bağlı qətnaməsinə veto qoyub.

 

Modern.az xəbər verir ki, qətnamə İsraili fələstinlilərin Qəzza zolağının cənubuna köçməsi əmrini ləğv etməyə çağırırdı.

 

Rusiya və Böyük Britaniya qətnaməyə səsvermədə bitərəf qalıb.

 

BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 12-si qətnamənin qəbul edilməsinə səs verib: Albaniya, Braziliya, Qabon, Qana, Çin, Malta, Mozambik, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İsveçrə, Ekvador, Yaponiya.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı