Modern.az

İsrail müharibədən sonra Qəzza ilə NƏ EDƏCƏK?

İsrail müharibədən sonra Qəzza ilə NƏ EDƏCƏK?

Dünya

19 Oktyabr 2023, 10:52

Fələstinin HƏMAS hərəkatının raket hücumlarına cavab olaraq İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında başlatdığı "Dəmir Qılınclar" əməliyyatı şiddətli olacaq.

 

Modern.az xəbər verir ki, bunu "Reuters" agentliyi regional və Qərb rəsmilərinə istinadən yazıb.

 

Lakin onların fikrincə, İsrail hakimiyyətinin müharibə bitdikdən sonra Qəzza zolağı ilə nə edəcəyi ilə bağlı hələlik fikri yoxdur. Nəşrin adını çəkmədiyi üç regional rəsmi deyib ki, İsrail əməliyyatı Qəzza zolağının infrastrukturunu, o cümlədən HƏMAS yaraqlıları tərəfindən yaradılmış yeraltı tunelləri məhv etmək, həmçinin Fələstin hərəkatının üzvlərini hədəfə almaqdan ibarətdir.

 

Qeyd olunub ki, baş nazir Benyamin Netanyahu da daxil olmaqla İsrail rəsmiləri ölkənin 75 illik tarixində ən qanlı hücuma cavab olaraq HƏMAS-ı məhv edəcəklərini bildiriblər. Bununla belə, Qəzza zolağında nələrin baş verəcəyi hələ də bəlli deyil.

 

“Əlbəttə, biz bu məsələni düşünürük və məşğul oluruq. Bundan sonrakı qərarlar Milli Təhlükəsizlik Şurasının, hərbçilərin və digər mütəxəssislərin vəziyyəti qiymətləndirməsindən asılıdır”, - deyə nəşr İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbinin sözlərini sitat gətirib.

 

Məlumata görə, Qəzza zolağı üçün müharibədən sonrakı plana diqqət yetirməyin zəruriliyi ABŞ dövlət katibi Antoni Blinken və ABŞ müdafiə naziri Lloyd Ostin tərəfindən İsrailə səfər zamanı vurğulanıb. İsrail prezidenti İsaak Hersoq oktyabrın 12-də bildirib ki, İsrail tərəfindən həyata keçirilən bütün əməliyyatlar beynəlxalq hüquq nəzərə alınmaqla planlaşdırılıb. Onun sözlərinə görə, ölkənin hərbi cinayətlərdə iştirakı ilə bağlı ittihamlar tamamilə kontekstdən çıxarılıb.

 

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında fələstinli yaraqlıların İsrail ərazilərinə hücumu ilə başlayan İsrail və HƏMAS arasında müharibə 12 gündür ki, davam edir. Son məlumatlara görə, bu müddət ərzində İsraildə 1,4 min, Qəzza zolağında ölənlərin sayı 3 mini keçib.

Whatsapp
Bizə yazın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!