Modern.az

3 siyasi partiya fəaliyyətini dayandırdı

3 siyasi partiya fəaliyyətini dayandırdı

Dünya

19 Oktyabr 2023, 12:04

Türkiyədə 3 siyasi partiyanın fəaliyyətinə xitam verilib.

 

Modern.az "Resmi Gazete"yə istinadən xəbər verir ki, bununla bağlı ölkənin Konstitusiya Məhkəməsi qərar çıxarıb.

 

Baş Prokurorluğun tələbə ilə baxılan işdə Yeni Dünya Partiyası, Dəyişiklik və Demokratiya Partiyası və Yenidən Birlik Partiyasının hüquqi mövcudluğuna son verilib.

 

Buna səbəbin YDP-nin qurultay keçirməməsi, digər 2 partiyanın isə qurultaylarını vaxtında keçirməməsi və partiya orqanlarını formalaşdırmaması olduğu vurğulanıb.

 

Qanunvericiliyə uyğun olaraq, hər 3 partiyanın əmlakı dövlətin mülkiyyətinə keçib.

Sizə yeni x var
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!