Modern.az

Çin ABŞ-ın veto qərarını qınadı - Məyus olmuşuq

Çin ABŞ-ın veto qərarını qınadı - Məyus olmuşuq

Dünya

19 Oktyabr 2023, 12:26

Çin ABŞ-ın BMT Təhlükəsizlik Şurasının İsrail və HƏMAS arasındakı münaqişədə “humanitar fasilə” tələb edən qətnaməsinə veto qoyması qərarından “dərin məyus” olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning açıqlayıb.

 

"Çin Birləşmiş Ştatların Təhlükəsizlik Şurasının Fələstin məsələsi ilə bağlı qətnamə layihəsini qəbul etməsinə mane olmasından dərin məyusluq keçirir", - o deyib.

 

Mətbuat xidmətinin rəhbəri BMT Təhlükəsizlik Şurasını "atəşkəsin əldə edilməsində və müharibənin dayandırılmasında öz rolunu oynamağa" çağırıb.

 

Qeyd edək ki, ABŞ İsrailin özünümüdafiə hüququnun qətnamədə əksini tapmaması səbəbindən veto qoyduğunu elan edib.

Sizə yeni x var
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!