Modern.az

Şolts Putinə qəzəbləndi - İtkilərə görə

Şolts Putinə qəzəbləndi - İtkilərə görə

Dünya

19 Oktyabr 2023, 12:37

Almaniya kansleri Olaf Şolts HƏMAS silahlıları tərəfindən girov götürülən bütün insanların azad edilməsini tələb edib

 

Modern.az "Bild"ə istinadən xəbər verir ki, bu barədə o, Bundestaqda çıxışı zamanı danışıb.

 

Kansler bildirib ki, girovlar “heç bir ilkin şərt olmadan” azad edilməlidir. O, girovlar arasında bir neçə Almaniya vətəndaşının da olduğunu qeyd edib.

 

Şoltsun ​​sözlərinə görə, İsrailə səfəri zamanı o, Qəzza zolağında əsir götürülən insanların qohumları ilə danışıb və çox təsirlənib. Kansler HƏMAS-ın İsrailə hücumunun nəticələrini “Yaxın Şərqin son onilliklərdə yaşadığı ən ciddi böhran” adlandırıb.

 

Bundan əlavə, Şolts HƏMAS-ın müttəfiqlərini - xüsusən də İran və Hizbullahı münaqişəyə girməkdən çəkindirib. Eyni zamanda, kansler Qəzza zolağının mülki əhalisinin HƏMAS-ın qurbanı və girovları olduğunu vurğulayıb.

 

O, Rusiya prezidenti Vladimir Putinin mövqeyini də tənqid edib. Kansler Ukraynaya qarşı müharibəyə başlayan Rusiya prezidentinin Qəzza zolağının mülki əhalisi arasında itkilərə laqeyd qalmasına qəzəblənib. Şoltsun fikrincə, Yaxın Şərqdəki vəziyyət Ukraynaya yardıma təsir etməyəcək:

 

"Almaniya hökuməti Ukrayna Silahlı Qüvvələrinə daha bir yardım paketi təqdim etməyi planlaşdırır. Bura, xüsusən, "Patriot", "Gepard" və IRIS-T hava hücumundan müdafiə sistemləri daxil olacaq".

Sizə yeni x var
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!